Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3504

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Tvinninq layihəsi çərçivəsində İtaliyanın Liquriya və Toskana regionlarında tədqiqat səfərində olmuşdur

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin 29 may – 1 iyun tarixində İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirmişdir. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi  “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində baş tutmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Nazirliyin bir neçə şöbəsinin əməkdaşlarından ibarət olmuşdur.

Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, yerli memarlıq, yerli davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə etmişdir.

Səfər çərçivəsində Liquriya regionunda Cinque Terre Milli Parkının direktoru, Monterosso yerli administrasiyasının rəhbəri, Vernazza şəhərsalma administrasiyasının rəhbəri, Porto Venere şəhərinin meri ilə görüşlər keçirilmiş və fikir mübadiləsi aparılmışdır.. Toskana regionunda isə Castiglione və Pienza şəhərlərinin merləri, “Società Val d'Orcia” təşkilatının rəhbəri ilə görüşlər, Val d’Orcia Parkının ərazisində yerləşən istehsalçı şirkətlər tərəfindən aparılan işlərə baxış keçirilmişdir.

Qeyd etmək lazımdır ki, həm Cinque Terre Milli Parkı, həm də Val d’Orcia Parkı ərazisi YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu regionlar turizm, eləcə də mədəni irsin və yerli mədəniyyət müəssisələrinin idarə edilməsi baxımından çox maraqlıdır.

XƏBƏRLƏR

06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb