Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
270

“Mənim payızımın çalarları” - Muzey Mərkəzində açılan növbəti sərgi belə adlanır

Noyabrın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin incəsənət qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi rəsm sərgisi açılıb.

Sərgidə müəllifin 60-dan çox rəsm əsəri nümayiş olunur.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və Xalq rəssamı Arif Hüseynov tədbirdə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərginin ideyasının əsasında ilin fəsillərinin dəyişməsinə insanın münasibətini əks etdirən fəlsəfə durur. Sərgidə təqdim olunan dekorativ-tətbiqi sənət nümunələri rəssamın şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür. Rəssam əsərlərində həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyini tərənnüm etməyə çalışıb.

Vurğulanıb ki, sənət yolunda ilk addımlarını atan rəssamın əsərləri Türkiyənin Ankara və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilən müxtəlif sərgilərdə təqdim olunub.

“Mənim payızımın çalarları” adlı bu sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır.

Sonra rəssam çıxış edərək sərginin təşkilində dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi noyabrın 11-dək davam edəcək.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu