Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3169

Metodistlərin I Ümumrespublika seminar-müşavirəsi keçirildi

Dekabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Metodistlərin I Ümumrespublika seminar-müşavirəsi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən metodistlərin bir araya gələrək yeniləşən dünyada yeni üsullar axtarışında olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Nazir qarşıdan gələn 2018-ci ildə bu sahədə çalışan əməkdaşların yeni yanaşmalar və aktual mövzular ətrafında daha çevik mexanizm üzrə işləmələrinin vacibliyini vurğuladı: “Əsas məqsəd ondan ibarət olmalıdır ki, çağdaş dünyada Azərbaycan mədəniyyətini layiqincə təbliğ edək və mədəniyyət sahəsinin marketinq üzrə çevik inkişafına nail olaq”.

Mərkəzin fəaliyyət istiqamətləri barədə tövsiyələrini verən nazir bildirdi ki, son dövrdə Elmi-Metodik Mərkəz tərəfindən görülən işlər, təşəbbüs və ideyalar, səsləndirilən fikirlər cavabsız qalmamalıdır: “Elm və təcrübə özünü ümumi işdə büruzə verməlidir. Mədəniyyət evləri, klub, musiqi məktəbləri, muzey və kitabxanalar işini yeni yanaşmalar əsasında qurmalıdır. Bunun üçün insanlarda sosial məsuliyyət hisləri artırılmalıdır. Keçmişi qorumaqla yeniliyə doğru addımlamaq, özlüyündə ziddiyyət təşkil etsə də, bu sahədə çox böyük düşüncə və təfəkkürə malik cəmiyyətə nail olmalıyıq. Bütün yeni metodiki tövsiyələrin yerlərdə tətbiqi həm də orada çalışan insanlardan yeni baxışlar tələb etməlidir”.

Son illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən islahatlardan söz açan Əbülfəs Qarayev mədəniyyət mərkəzlərinin fəaliyyətində yeniliklərin tətbiqinin vacibliyini qeyd etdi. Vurğuladı ki, gənc nəslin mədəniyyətə, kitaba marağını artırmaq üçün müasir üsullardan geniş istifadə edilməlidir. Regionlarda həyata keçirilən islahatları diqqətə çatdıran nazir bu kontekstdə Azərbaycan, İtaliya və Avropa İttifaqının (Aİ) birgə iştirakı ilə ölkəmizdə icra olunan Tvinninq layihəsinin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir: “Tvinninq layihəsinin məqsədi eyni zamanda diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır. İnanırıq ki, bu layihə Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsində yeni metodların tətbiqinə öz töhfəsini verəcək. Buna görə də klub və mədəniyyət mərkəzləri, kitabxanalar fəaliyyətin yenidən qurulması, sosial məsuliyyətin artırılması üçün ideoloji və tərbiyəvi iş aparmalıdırlar”.

Nazir vurğuladı ki, yeni ildə mədəniyyət sahəsi üzrə metodistlərin qarşısında vacib məsələlər dayanır. Elmi-Metodik Mərkəz və yeni yaradılacaq Metodiki şura mütləq yeniliklərlə dolu tövsiyələr hazırlamalıdır: “Bu tövsiyələr elə olmalıdır ki, yerlərdə çalışan əməkdaşlar bu yeniliyi qəbul etməyə nəinki hazır olsunlar, hətta onu arzulasınlar. Biz insanlara yeni və istədikləri xidmətləri göstərməyə hazır olmalıyıq. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə edilməsi tək dövlət tərəfindən deyil, geniş ictimai xarakter daşısın. Tvinninqin məqsədlərindən biri də yerlərdə yaradıcı mühitin formalaşdırılmasıdır. Yerlərdə mədəniyyətin idarə edilməsi ümumi regionun yaradıcı mühitinə öz müsbət təsirini göstərməlidir. İdarəetmədə və yaradıcılıqda müasir sistem yaradaraq gələcək nəsillərə ötürməliyik”.

Əbülfəs Qarayev UNESCO-nun müvafiq siyahılarından təmsil olunan mədəni sərvətlərimizin klub və mərkəzlər tərəfindən təbliğatının vacibliyini də diqqətə çatdırdı.

Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mərkəzin son dövrdə gördüyü işlər haqqında məlumat verdi. Sürətlə inkişaf edən cəmiyyətdə yeni və çevik yanaşmaların tələb olunduğunu diqqətə çatdıran direktor regionlarda çalışan əməkdaşların şəxsi inkişaf meylləri, təşəbbüskarlıq keyfiyyətlərinin artırılması istiqamətində aparılan işlərdən söz açdı. Bildirdi ki, mərkəzin əsas prinsipi ünvanlı işdir. Görülən hər bir iş, atılan addımlar yeniliyə doğru və mədəniyyətin idarə edilməsində keyfiyyətin aşılanmasına yönəlib. A.Usubəliyev Elmi-Metodik Mərkəz tərəfindən yeni yaradılan Metodiki şuranın fəaliyyət və strukturu haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Müşavirədə Ümumrusiya Metodistlər Şurasının sədri Andrey Belyayev, MEMM-in əməkdaşları Afaq Ağayeva, Elnarə Hacıyeva, Ceyhun Əhmədov, Metodiki şuranın üzvləri - fəlsəfə doktorları, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rəna Mirzəzadə, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Fərqanə Hüseynova metodiki işin mövcud vəziyyəti və XXI əsrdə əhaliyə göstərilən yeni xidmət üsulları ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, Metodiki şuranın yaradılması metodiki işin təkmilləşdirilməsi, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsi məqsədi daşıyır.

Daha sonra müşavirədə “Metodistlərin işində yeni trendlər: mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublar” və “Metodistlərin işində trendlər (kitabxanalar üzrə)” problemləri üzrə məruzələr dinlənildi.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib