Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1856

Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və  Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində  Mədəniyyət evinin “Gənclik” instrumental ansamblı, “Məşəl” və “Gold” rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül  Məmmədli, MirCabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul  Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.

Sonda müsabiqənin qaliblərinə fəxri-fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib.  3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib