13.04.2019 01:03
Aprelin 13-də Azərbaycan Milli Kitabxanasında görkəmli şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun anadan olmasının 90 illiyi münasibətilə “Tofiq Mütəllibov-90” adlı kitab sərgisi açılıb.
Sərgidə şairin əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, şair haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.