Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1752

“Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimi və müzakirəsi

Mart ayının 3-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycan Milli Kitabxanası birgə “Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimini və müzakirəsini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış, “Moldova ədəbiyyatı günləri” çərçivəsində keçirilmiş bu tədbirin iki ölkə arasında ədəbi əlaqələrin inkişafında mühüm rol oynayacağını demiş, hər iki ildən bir Bakıda təşkil edilən beynəlxalq kitab sərgi-yarmarkasında ekspozisiya üçün gətirilmiş kitabların Milli Kitabxanaya hədiyyə edilməsinin oxucuların Moldovanın mədəniyyəti, ədəbiyyatı, tarixi, incəsənəti ilə daha yaxından tanış olmasında mühüm vasitə olduğunu vurğulamışdır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ölkəmizdə “Moldova ədəbiyyatı günləri”nin təşkilinə, əsərin nəşrindəki dəstəyə görə, müəllifə isə bu cür ciddi fəlsəfi, aktual mövzulu romana görə təşəkkürünü bildirmişdir.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Moldova ədəbiyyatı günləri” çərçivəsində Milli Kitabxanada keçirilən bu son tədbiri yüksək qiymətləndirmiş, Azərbaycan ədəbiyyatının Moldova oxucuları arasında təbliğində Moldova Yazıçılar Birliyinin, məşhur ədiblərimizdən Elçin, Anar, Çingiz Abdullayevin əsərlərinin rumın dilinə tərcümə olunduğunu, gələcəkdə bu cür tərcümə əsərlərinin sayının artacağını qeyd etmişdir. O, bu əsəri orijinal məzmunlu fəlsəfi roman adlandırmış, müəllifin yaradıcılığı haqqında və hansı səbəbdən tərcümə üçün məhz bu əsərin seçilməsindən danışmışdır.

Tədbirdə həmçinin ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov da iştirak etmişdir.

AYB-nin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid bu cür ədəbiyyat günlərinin keçirilməsinin müxtəlif xalqların ədəbiyyatları ilə tanışlıqda mühüm rol oynadığını, ədəbi əlaqələrin xalqları daha tez yaxınlaşdırdığını demişdir.

Moldova Yazıçılar Birliyinin sədri Arkati Suçevyanuya son illərdə Moldova ədəbiyyatında inkişafın, dəyişikliklərin baş verdiyini, yeni istedadlı yazarların meydana gəldiyini qeyd edərək, müəllifin əsərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsindəki dəstəyə və ədəbi əməkdaşlığa görə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə xüsusi minnətdarlığını bildirmişdir.

Moldovanın Azərbaycandakı səfiri George Leuka Azərbaycan ilə ədəbi, mədəni əlaqələrin qurulmasında və inkişafındakı xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, Moldova Azərbaycanlıları Konqresinə, Azərbaycanın Moldovadakı Səfirliyinə minnətdarlığını bildirmiş, bu cür əlaqələrin ölkələr arasında tarixən olduğunu və gələcəkdə də uğurla davam etdirilməsini arzulamışdır. Cənab Səfir bu tədbirdə həmçinin məşhur şair Leo Butnaru və şair, yazıçı Nikolay Spetarunun iştirak etdiyini qeyd etmiş, tezliklə Azərbaycan ədəbiyyatı antologiyasının rumın, Moldova ədəbiyyatı antologiyasının isə Azərbaycan dilinə tərcümə ediləcəyini söyləmişdir.

Daha sonra əsərin müzakirəsinə başlanılmış, romanın tərcüməçisi Azad Yaşar, redaktoru Seyfəddin Hüseynli çıxış edərək əsərin məzmunu, quruluşu, stilistikası haqqında məlumat vermiş, gənc yazarlar Sərdar Amin, Rəfiqə Nazimqızı, Günel Xəzər və başqaları əsər barədə danışaraq müəllifə bir neçə sual ünvanlamışlar. Sonda kitabın imzalanma mərasimi keçirilmiş, qonaqlar Milli Kitabxananın fondunda olan Azərbaycan, rus və rumın dillərində olan 150-dən çox kitabdan ibarət geniş sərgi ilə tanış olmuşlar. Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov rumın dilində kitabxanada bu qədər çoxlu sayda yeni ədəbiyyatın olduğunu təsəvvür etmədiyini, bunun isə iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın səmərəli inkişafından xəbər verdiyini vurğulamışdır.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib