Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1349

Musiqili Teatrda Qurtuluş Günü münasibətilə “Heydər Əliyev dərsi”

Azərbaycan Dövlət Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev dərsi” keçirilib. Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib. “Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman Ümummilli lederimiz Heydər Əliyev parcalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, deyə Ə. Lalayev bildirib.

Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib. Daha sonra Musiqili Teatrın gənc əməkdaşları Respublikanın Əməkdar artisti Əkbər Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova, gənc aktyorlar Yuliya Heydərova, Gültac Əlili çıxış edərək Heydər Əliyev dühasının Azərbaycan xalqına verdiyi misilsiz töhfələrdən, 15 İyun - Milli Qurtuluş Gününün onların və ailələrinin həyatında oynadığı roldan danışdılar. “Bizə miras qoyduğu bügünkü güclü və qüdrətli Azərbaycana görə Ümummilli liderimizin xatirəsi qarşısında etiramla baş əyir və azərbaycanlı olmağımızla fəxr edirik!”, - deyə Musiqili Teatrın gənc əməkdaşları çıxışlarında xüsusi olaraq vurğuladı.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib