Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
720

Muzey Mərkəzində Gəncə rəssamlarının “Xəzinə” adlı sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə 2019-cu il fevral ayının 20-də saat 18:00-da Muzey Mərkəzində Gəncə rəssamlarının “Xəzinə” adlı sərgisi keçiriləcəkdir.

Layihə Azərbaycanın bədii ənənələri, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc, perspektivli rəssamların aşkarlanması, onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması, estetik tərbiyə, geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək, yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılması məqsədi ilə həyata keçirilir.

Bəzi fərziyyələrə görə “Gəncə” sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olmaqla yanaşı, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə baxışı, münasibəti göstərilir.

Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunacaqdır. Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər ekspozisiyaya daxil edilmişdir.

Sərginin kuratoru, gənc sənətşünas Məhbarə Abbasovadır.

Sərginin açılışı: 20 fevral 2019-cu il, saat 18:00.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb