Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1834

Nazir Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser ilə görüşdü

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazir qonaqları salamlayaraq Almaniya - Azərbaycan arasında turist mübadiləsindən, turislərin sayının artırılmasının vacibliyindən söz açdı. Nazir qeyd etdi ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-ci ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərib. O, Almaniyanın turizm bazarının ölkəmiz üçün Avropada prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə Berlində keçirilən “İTB Berlin” sərgisində ölkəmizin hər il iştirak etdiyini, 2013-cü ildə sərginin rəsmi tərəfdaşı olduğunu qeyd etdi. O bildirdi ki, sərginin təşkilat komitəsi ilə mütəmadi danışıqlar aparılır və gələcəkdə ölkəmizin turizm potensialının təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi də planlaşdırılır. Həmçinin, dövlət tərəfindən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turistlərin sayının artımında mühüm rol oynadığını vurğuladı.

Fəxri konsul Otto Hauser bildirdi ki, Azərbaycanın turizm potensialının təbliği məqsədilə ölkəmizin Almaniyada keçirilən sərgilərdə iştirakı mühüm rol oynayır. O, Almaniyanın Ştutqart şəhərində keçirilən “CMT” beynəlxalq turizm sərgisində gələcək illərdə ölkəmizi rəsmi tərəfdaş qismində iştiraka dəvət etdi və qeyd etdi ki, bu turist artımına yüksək təsir göstərə bilər. Həmçinin fəxri konsul, bu il 7 gün keçirilmiş bu beynəlxalq turizm sərgisində 280 mindən çox adamın iştirak etdiyini və iştirakçılar arasında keçirilmiş sorğuya əsasən ölkəmizə marağın yüksək olduğunu qeyd etdi.

Nazir bildirdi ki, Azərbaycan Almaniyadan turistlərin cəlb olunmasında olduqca maraqlıdır və ölkəmizdə bunun üçün turizmin müxtəlif növləri inkişaf etməkdədir. Həmçinin, alman turistlərinin Azərbaycana səfəri üçün ən başlıca səbəblərdən biri kimi ölkəmizdə  alman yaşayış məskənlərinin mövcud olmasını vurğuladı.

Sonda qonaq səmimi qəbula görə minnətdarlığını ifadə etdi.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib