21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” çərçivəsində sülhü, demokratiyanı, tolerantlığı, insan hüquqlarının müdafiəsini təbliğ edən tədbirlər keçirilir.
Mövzu ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirilmişdir.
Neftçala rayon Mərkəzi Kitabxanasında Neftçala Dövlət Rəsm Qalereyasının dəstəyi ilə “Biz sülhə səs veririk “adlı kitab, şəkil və rəsm əsərlərindən ibarət geniş sərgi təkil edilmişdir.
Sərgidə nümayiş etdirilən sülh və insan hüquqlarının təbliğl ilə bağlı kitab və rəsm əsərləri haqqında kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Fəridə Məmmədova və Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva məlumat verdi. Mədəniyyət işçiləri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında hökm sürən sülh, həmrəylik münasibətlərindən və vəhdətin mövcudluğundan danışıblar. Bundan başqa qeyd olunub ki, insan hüquqları, sülh və tolerantlıq mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
Geniş oxucu və tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş sərgi 21 sentyabr tarixinədək davam edəcək.