Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
566

“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müzikl hazırlayır.

Sənət ocağının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.

Tamaşanın süjet xəttinin əsas qayəsində xeyirxahlıq, sevgi və mərhəmət hislərinin təcəssümü durur. Dünyanın xilas yolunu ülvi hisslərdə axtaranlar dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində həyatın özünü tam çılpaqlığı ilə görə biləcəklər.

Əsərdə rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev və Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante ilk dəfə “Notre-Dame de Paris” müziklını 1998-ci il sentyabrın 16-da Parisdə Fransa və Kanadanın lirik şairi Luk Plamondonun eyniadlı librettosu əsasında yaradıb. Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin “Rekordlar” kitabına daxil olub. 2000-ci ildə Fransanın Mogador teatrında bu musiqi əsərinin orijinalına dəyişikliklər edildikdən sonra dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarında nümayiş olunub, eləcə də qısaldılmış amerikan versiyası Las-Veqasda, ingilis versiyası isə Londonda təqdim edilib.

 

XƏBƏRLƏR

17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
12.07.2019 15:09
Xətai Sənət Mərkəzi uşaqlar üçün rəsm müsabiqəsi elan edib
12.07.2019 15:06
Kukla Teatrı 87-ci mövsümə yekun vurub
12.07.2019 14:38
İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı