Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4140

“Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı keçirilib

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” adlı kitabının (rus dilində) təqdimatı keçirilib.

Dahi bəstəkarın 100 illik yubileyi münasibətilə hazırlanan kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb. Bildirib ki, yaradıcılığı zəngin milli köklərə bağlı olan dahi sənətkar Azərbaycan musiqisinin yen mərhələlərdə inkişafını təmin edib. Muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib. Bu haqda sanballı düşündürücü məqalələr yazıb. “Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, - deyə Firəngiz xanım vurğulayıb.

Prezident İlham Əliyevin Qara Qarayevin 100 illiyi ilə bağlı sərəncamını yada salan ittifaqın sədri böyük musiqiçinin yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini, Bakıda bəstəkarın ev-muzeyinin açıldığını diqqətə çatdırıb.

Bildirilib ki, dünya şöhrətli bəstəkarın əsərlərinin sorağı keçmiş SSRİ-nin hüdudlarını aşaraq ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla təqdim olunur.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov çıxışında görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüb: “Qara Qarayevlə ilk görüşüm Moskva şəhərində, Bəstəkarlar evində olub. O, mənə dedi ki, gətir görüm hansı əsərləri yazmısan. Skripka və fortepiano üçün yazdığım sonatanı təqdim etdim. Diqqətlə qulaq asdı və dedi: “Sən birinci öz-özünə deməlisən mən bəstəkar olmalıyam və olacağam. Bir də bəstəkar milliliyə çox fikir verməlidir. Yəni hər bir bəstəkar milli musiqinin dərin qatlarına nüfuz etməli, oradan bəhrələnməlidir. İnsan dağda-daşda yaşayırsa, daşdan, meşədə yaşayırsa, ağacdan ev tikir...”.

Tədbirdə daha sonra ABİ-nin katibi Aliyə Məmmədova “Qara Qarayevin həyat və yaradıcılıq paralelləri”,  musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” kitabı haqqında”, musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Nailə Mehdiyevanın elmi-pedaqoji fəaliyyəti”, bəstəkar, BMA-nın doktorantı İlahə İsrafilova “Qara Qarayev bugünkü gənclərin təəssüratında” mövzularında məruzə ediblər.

Çıxışlardan sonra BMA-nın I kurs tələbəsi Səbinə Eldarlı, G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbinin XI sinif şagirdi Səmra Həsənlinin ifasında Qara Qarayevin əsərləri səsləndirilib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib