Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5476

“Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitabın təqdimatı keçirildi

Fevralın 4-də Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın anadan olmasının (5 fevral) 101-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində həmçinin “Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitabın təqdimatı oldu.

Mərasimdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və musiqi xadimləri iştirak edirdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə iştirakçılar sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgiyə baxdılar.

Tədbiri giriş sözü ilə açan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova SSRİ Xalq artisti Qara Qarayevin (1918-1982) musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söhbət açdı. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd olunub.

Qeyd olundu ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva kitabın məziyyətləri barədə danışdı. Bildirdi ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda “Yeddi gözəl” baletinin premyerasında günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim edilir.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək hələ məktəbli ikən “Yeddi gözəl” baletinin  tamaşasına baxdığını dedi: “Əsərə ilk dəfə tamaşa edərkən bir anlıq  keçmişə, uşaqlıq illərinə qayıtdım. O günləri sevinclərlə yaşamışıq. “Yeddi gözəl” bizim uşaqlığımız, gəncliyimiz, eləcə də bu günümüz və sabahımızdır. Bu əsər, doğrudan da, Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindədir”.

Kitabı yüksək qiymətləndirən Zemfira Qafarova bildirdi ki, çox nəfis şəkildə çap olun nəşrdə “Yeddi gözəl” baletinin hansı ölkədə və şəhərlərdə nə zaman tamaşaya qoyulduğu dolğunluqla verilib.

Sonda çıxış edən kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova nəşr barədə məlumat verdi və tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Çıxışlar arası “Yeddi gözəl” baletindən video-fraqmentlər nümayiş olundu.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib