Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
146

“Ər və arvad” növbəti dəfə maraqla qarşılanıb

Milli teatrımızın yaranmasının 146–cı ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası təqdim olunub.

Tamaşanın nümayişindən öncə çıxış edən teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ötən mövsümdə qazanılan uğurlar, görüləcək işlər və yeni tamaşalar haqqında məlumat verib.

O deyib ki, Milli Teatr Gününü yeni-yeni tamaşanın premyerası ilə tarixə çevirmək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artıq ənənəyə çevrilib. Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə məhz böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası ilə qoyulub: “Fürsətdən istifadə edib kollektivi bu gün münasibətilə təbrik edir, sənət ocağına “Akademik” statusun verilməsinə görə isə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm.

Sonra dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası tamaşaçılara təqdim olunub.

Tamaşada rolları Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Hüseyn Əlili ifa edib.

Sonda mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı kollektiv ilə görüşüb, onları həm bu əlamətdar gün münasibətilə, həm də sənət ocağına yeni “Akademik” statusun verilməsi münasibətilə təbrik edib. O, teatr sahəsində görülən işlər və yeniliklərdən danışıb: “Azərbaycanda Milli Teatrın yaranmasından 146 il ötür. Demək olar ki, bu sənət ocağı 110 illik yubileyi ərəfəsindədir. Teatr Prezidentin müvafiq Sərəncamı ilə “Akademik” adına layiq görülüb. Bu, kollektivin üzərinə böyük məsuliyyət qoyur. Ərsəyə gələn tamaşalar, həyata keçirilən layihələr mahiyyət və keyfiyyətcə tamaşaçıların zövqünə uyğun və yüksək səviyyədə qurulmalıdır”.

XƏBƏRLƏR

22.03.2019 15:46
Bu gün Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
21.03.2019 15:35
Daşkənddə “Xalqların adət-ənənələri və mətbəxi” adlı mədəniyyət festivalı təşkil olunub
20.03.2019 15:49
UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub
19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:52
Azərbaycanlı və türkiyəli rəqqaslar Bakıda eyni səhnəni bölüşüblər
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 15:19
Novruz bayramı münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110”, “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılış mərasimi
19.03.2019 15:16
Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür