Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
444

Respublika Uşaq kitabxanasında xarici yazarlarla görüş keçirilib

Oktyabr 10-da F.Köçərli adına Respublika Uşaq kitabxanasında xarici yazarlar və azərbaycanlı uşaq yazıçıları arasında “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş keçirilib. Kitabxananın qonağı olan Beynəlxalq Uşaq Kitabı Şurası (International Board on Books for Young People – IBBY) Amerika bölməsinin üzvü Meqan Seyris (Meghan Sayres) və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı, (İBBY) –nin üzvü Jamila Geyvin (Jamila Gavin) ilk öncə kitab sərgisi və kitabxana ilə tanış oldular.

Görüşdə, uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Elvira Məmmədli, Aygün Bünyadzadə, Qəşəm İsabəyli, İnqilab İsaq, Rafiq Yusifoğlu və Reyhan Yusifqızı iştirak etdilər.  

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxanada görməkdən məmnun olduğunu və bu görüşün səmərəli keçərək yazıçılar arasında əməkdaşlığa öz töhvəsini verəcəyini qeyd etdi.  

Görüş çərçivəsində, hər iki xarici yazar haqqında hazırlanmış slayd-şou təqdim edildi, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında milli musiqi nömrələri təqdim olundu.

Sonra yazıçılar arasında uşaq ədəbiyyatı ilə bağlı fikir mübadiləsi keçirildi. Qonaqlar, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədim, dəyərli və zəngin olduğunu vurğuladılar.

XƏBƏRLƏR

13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir