Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2479

“Respublika Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı keçirildi

Dekabrın 3-də M.F.Axundzadə adına Milli Kitabxanada “Respublika Xatirə Kitabı”nın xüsusi buraxılışının birinci cildinin təqdimat mərasimi keçirildi.

Nəşr Mədəniyyət Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanıb.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın tarixən yadellilərin maraq dairəsində olduğunu, buna görə də xalqımızın müharibələrdən əziyyət çəkdiyini dedi: “Ölkəmiz coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyi üçün tarixin bir çox dövrlərində xarici qüvvələrin hücumuna məruz qalıb. Xalqımız öz dövlətçilik ənənələri, milli maraqları üçün daim mübarizə aparmalı olub. Ermənilər tərəfindən də dəfələrlə Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədilib. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, torpaqlarımızın işğalı ilə yanaşı, etnik təmizləmə nəticəsində xalqımız öz doğma ata-baba torpaqlarından didərgin düşüb”.

Nazirin birinci müavini vurğuladı ki, bu müharibə nəticəsində soydaşlarımıza qarşı qarşı ermənilər tərəfindən beynəlxalq hüquqa və inşalığa sığmayan vəhşiliklər edilib, ağlasığmaz işgəncələr verilib. Bu cür təzyiq və işgəncələrə məruz qalmış insanların xatirələrini əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətini belə faktlara yönəltmək məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Respublika Xatirə Kitabı” redaksiyası fəaliyyətə başlamışdır. Bu redaksiyanın fəaliyyəti ilə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, Əfqanıstan müharibəsi, 20 Yanvar şəhidləri, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, milli qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. İndiyədək “Xatirə kitabı”nın 16 cildi çap olunub, 17-ci cildin isə üzərində iş gedir.

Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Vaqif Əliyev bildirdi ki, nəşrdə 921 nəfərin taleyi barədə məlumatlar öz əksini tapıb.

Nəşrin baş redaktoru Nəzakət Məmmədova dedi ki, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti Dağlıq Qarabağ münaqişəsi dövründə özünün pik nöqtəsinə çatıb: “Azərbaycanın cəlb edildiyi bu haqsız müharibə zamanı minlərlə vətən övlad ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olub: “Eyni zamanda erməni quldur birləşmələrinin torpaqlarımıza hücumları, tarixi və əzəli ərazilərimizin işğalı zamanı rəsmi sənədlərə əsasən 3 min 875 Azərbaycan vətəndaşı naməlum şəraitdə itkin düşüb, yaxud əsir və girov götürülüb. Apardığımız araşdırmalar qarşımızda əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı erməni millətçilərinin qəddarcasına törətdiyi işgəncə və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və onu dünya ictimaiyyətinə çatdırmaq kimi bir vəzifəni qoyub”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratığı humanitar problem, əsir düşmüş və girov götürülmüş insanlarla bağlı məlumat verdi. Nəşrin əhəmiyyətindən söz açan E.Səmədov bildirdi ki, kitabın hazırlanmasında  İşçi qrupu və “Xatirə kitabı”nın redaksiyası heyətinin mühüm xidmətləri olub:

“Kitabın nəşrə hazırlanması üçün əsas vəzifə olan itkin düşmüş şəxslərə aid siyahının dəqiqləşdirilməsi Komissiya sədrinin şəxsi nəzarəti ilə başa çatdırılıb. Kitab vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə ölkə başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı bütün məsələlər dövlət başçısının daim diqqət mərkəzindədir”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev dedi ki, bu gün təqdimatına toplaşdığımız nəşr ölkəmizin ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb edir. “Xatirə kitabı”nın ölkəmizdə çox nəcib və müqəddəs bir missiyanı yerinə yetirdiyini söyləyən Ə.Mehdiyev bildirdi ki, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi bizim ən aktual problemimiz olaraq gündəlikdə durur: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün imkanları bu problemin həllinə yönəlib. Burada həm maddi ziyan, həm mənəvi məhrumiyyətlər, bütün itkilər ən vacib məsələlər kimi bizi maraqlandırır, bu məsələlərin həlli istiqamətində bütün qüvvələrimizi səfərbər etmişik. Dövlətimiz bu gün ordu quruculuğuna, münaqişə ilə bağlı meydana çıxan problemlərin həllinə böyük diqqət ayırır”.

Ə.Mehdiyev qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən,  son 15 ildə şəhid ailələrinə və müharibə əlillərinə 6 minə yaxın minik avtomobili verilib, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb: “Belə bir nəşrin ərsəyə gəlməsi bizim həm mənəvi borcumuzdur, həm də şəhidlərimizin və itkin düşmüş vətəndaşlarımızın xatirəsinə ehtiramın nəticəsidir. Kitabın əhəmiyyəti ondadır ki, burada hər bir insan haqqında toplanmış məlumat gələcək tədqiqatlar üçün mənbə rolunu oynayır. Burada yer alan məlumatlar hər hansı bir əsər və bədii filmlər üçün istifadə oluna bilər. Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Əməkdar elm xadimi Qəzənfər Paşayev və digərləri kitabın əhəmiyyətini vurğuladılar.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib