Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4544

Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir

Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 Yanvar 1990-cı il hadisələrində şəhid olmuş insanların xatirəsi xalqımız tərəfindən əziz tutulur. Respublikamızın bütün şəhər (rayon) mədəniyyət mərkəzlərində və filiallarında, digər mədəniyyət evləri və klublarında hər il boyunca, xüsusilə 20 yanvar ərəfəsində həmin hadisələrin mahiyyəti, xalqımızın azadlıq mücadiləsi barədə geniş kütləyə müxtəlif tədbirlər, seminarlar dəyirmi masalar vasitəsilə əhaliyə məlumatlar verilir, şəhid olmuş insanların xatirəsi yad edilir. 

Cari ilin 15-23 yanvar tarixlərində 20 Yanvar hadisələrinin 28-ci il dönümü ərəfəsində şəhər (rayon) mədəniyyət mərkəzlərində və filiallarında, digər mədəniyyət evləri və klublarında anım tədbirləri keçirilmişdir. Tədbirlərdə şəhidlərin əziz xatirəsi sükutla yad edilmiş, həmin müəssisələrin rəhbərləri, mədəni təşkilatçıları və digər əməkdaşları tərəfindən mühazirələr oxunmuş, bədii kompozisiyalar nümayiş etdirilmiş, Bakı şəhəri və rayonlarda olan şəhidlər xiyabanları ziyarət edilmişdir. Təşkil edilmiş tədbirlərdə gənclər, məktəblilər xüsusi fəallıqla iştirak etmişlər. Regionlarda fəaliyyət göstərən xalq teatrları tərəfindən mövzu ilə əlaqəli tamaşalar göstərilmişdir. Vurğulanmışdır ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Tərbirlərdə 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin və reaksiyasının o zamankı gərgin durumda ümummilli lider Heydər Əliyev tərəfindən Moskvada verildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, ulu öndər həmin hadisələrin Azərbaycan xalqına qarşı tərədilmiş hərbi və siyasi cinayət olduğunu dünya ictimaiyyətinə çatdırmış, hadisənin səbəbkarlarını kəskin şəkildə qınamış və bu faciənin beynəlxalq hüququn bütün prinsiplərinə zidd olduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın azadlığı, o cümlədən torpaqlarımız uğurunda şəhid olanların xatirəsini əziz tutur və müvafiq dövlət qayğısı göstərilir. Hər il cənab Prezident Şəhidlər Xiyabanına ziyarətə gedərək şəhidlərin ruhuna dərin ehtiramını bildirir.

Çıxış edən ziyalılar, gənclər 20 Yanvar-ın xalqımız üçün faciə olduğu qədər həm də bütün şəhidlərimiz kimi qürur mənbəyi olduğunu qeyd etmiş, və ali baş komandan cənab İlham Əliyevin göstərişi ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə daim hazır olduqlarını bildirmişlər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib