Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
464

Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elmi fəaliyyət, müvafiq sahələr üzrə tədqiqat yönümlü layihələrin, elmi işlərin hazırlanması, həyata keçirilməsi, mədəniyyətimizin elmi bazasının zənginləşdirilməsi istiqamətində mərkəzin əməkdaşlarının elmi işlərinin müzakirələrini keçirir.

Bu müzakirələrin davamı olaraq fevralın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin ev-muzeyində mərkəzin bədii təhsil şöbəsinin əməkdaşlarının elmi işlərinin müzakirələrinin dinləmələri keçirilib. Dinləmələrdən öncə qonaqlar üçün muzey işçiləri tərəfindən maraqlı ekskursiya təşkil olunub.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraq, bütün iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, musiqi ədəbiyyatının, musiqişünaslığın uğurları məhz mədəniyyət işçiləri sayəsində həyata keçirilir.

Sonra Fəridə Kərimova “Şifahi ənənəli Azərbaycan professional musiqisində modal ritmikanın təzahür formaları”, Lalə Musayeva “Vasif Adıgözəlovun “Novruzum” kantatası” adlı elmi işlərinin müzakirələrinin dinləmələrinə başlanılıb. Çıxışçılar Azərbaycan musiqisinin, muğamının elmi, tətbiqi tərəflərini araşdırıblar.

Müzakirələrdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Natiq Mustafayev, elmi katib Cavid Əliyev, opponentlər isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Milli Konservatoriya nəzdində A. Zeynallı adına musiqi kollecinin müəllimi Aytən Babayeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Gülmira Qəhrəmanova iştirak ediblər. Dinləmələr zamanı Natiq Mustafayevin ifasında Vasif Adigözəlovun əsərlərindən biri səsləndirilib.

Yekunda mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, elmi işlərin müzakirələrinin keçirilməsində əsas məqsəd mərkəz əməkdaşlarının elmi potensiallarının inkişaf etdirilməsi, onların elmi dərəcələrinin artırılması üçün stimulun yaradılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı onun elmi bazasının zənginləşdirilməsi və potensialından istifadə olunması ilə paralellik təşkil edir. Məhz fundamental elmi tədqiqatlar, gərgin zehni əmək nəticəsində Azərbaycan mədəniyyətinin maddi və qeyri-maddi irs nümunələrinin UNESKO-nun dünya mədəniyyətinin irs siyahısına daxil olmasına nail olunmuşdur.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki