Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2300

Salyan rayon Mədəniyyət Mərkəzində "Xalq Cümhuriyyəti və Heydər Əliyev ideyaları" mövzusunda tədbir keçirilmişdir

Salyan rayon Mədəniyyət Mərkəzində 23 may 2018-ci il tarixində "Xalq Cümhuriyyəti və Heydər Əliyev ideyaları" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayonun mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Qeyd olundu ki, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Dövlətçilik ənənələrimizin bərpası, milli maarifçilik ideyalarımızın inkişafında mühüm xidmətləri olan Cümhuriyyətinin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında müvafiq Sərəncam imzalamışdır.

Çıxış edənlər vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında xalqımızın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində yaradılıb. O, müsəlman şərqində ilk parlamentli respublika olmuşdur. Cümhuriyyətin İstiqlal Bəyannaməsində bütün vətəndaşlarına, ərazisində yaşayan xalqlara dinindən, dilindən, cinsindən asılı olmayaraq inkişaf etmək, vətəndaşlıq hüququ vermək kimi öhdəliklər ən müasir və mütərəqqi demokratik prinsiplər idi. Tiflisdə elan olunmuş, paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə inzibati idarəçiliyi, təhsil, mədəniyyət səhiyyə, ordu quruculuğu sahəsində islahatlar həyata keçirmiş, xalqımızın erməni daşnakları tərəfindən törədilən qırğınlardan xilas olması üçün əhəmiyyətli işlər görmüş, beynəlxalq münasibətlər sisteminə inteqrasiya etməyi bacarmış, bir sıra dövlətlərlə müqavilələr imzalamışdır. Cümhuriyyətin ən böyük uğurlarından biri isə o idi ki, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Cümhuriyyətinin varlığını de-fakto tanımaq barədə qərar qəbul etdi. Cəmi 23 ay yaşamış Cümhuriyyət 1920-ci il aprel işğalı ilə fəaliyyətini dayandırsa da xalqımızın müstəqillik ideyaları ölməmiş, 1991-ci ilin 18 oktyabr tarixində yenidən öz müstəqilliyinə qovuşmuşdur. Dövlətimizin müstəqilliyini qorumasında, inkişaf etməsində məhz ulu öndər Heydər Əliyevə borclu olduğumuzu qeyd edən məruzəçilər bildirdi ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində respublikamız hərtərəfli inkişaf edir.

Tədbirin sonunda məktəblilər tərəfindən hazırlanmış və Azərbaycana həsr olunan şeirlərdən ibarət bədii kompozisiyalar nümayiş etdirilmişdir.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib