Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3298

İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü silsilə bayram tədbirləri ilə qeyd olunub.

İsmayıllı rayon Mədəniyyət Mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı”nda keçirilən tədbirdən öncə rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir zamanı “Turist bazarı”nda sərgilənən Lahıc, Basqal və digər kənd sənətkarlarının əl işləri, misgərlik məmulatları, İvanovkanın toxunma üst geyimləri, ağac üzərində oyma və rəsm əsərləri, kitab sərgisi rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansamblının konsert proqramı ilə davam edib.

Şamaxı rayonunda ümummilli liderin adını daşıyan Mədəniyyət və İstirahət parkında Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə və müəssisələrin kollektivləri iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzinin, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin, eləcə də kənd klub müəssisələrinin bədii özfəaliyyət kollektivləri, rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbir çərçivəsində “Möhtəşəm qayıdış” adlı kitab sərgisi, həmçinin rəsm və xalçaçılıq nümunələri nümayiş olunub.

Qəbələ rayon Mədəniyyət Mərkəzində Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa təşkil olunub. Tədbirə Qəbələ rayon Mədəniyyət işçiləri qatılıb. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Ağsu rayonunda da 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin “Buta” instrumental ansamblının üzvləri iştirak ediblər. Konsertdə Xalq artist Zabit Nəbizadə, Əməkdar artist Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad, Eldəniz Məmmədov və Rövşən Əziz muğam və təsniflər ifa ediblər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib