Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən 2018-ci il yanvarın 18-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda misli görünməmiş faciə baş vermişdir, nəticədə yüzlərlə günahsız insan qətlə yetirilmiş və yaralanmışdır. 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermiş və 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilmişdir.
Sərgidə muzeyə yeni daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar şəhidi Baxışıyev Salmanın həyat yoldaşı Baxışıyeva Məryəm, 20 Yanvar faciəsinin şahidi və iştirakçısı Əsədov Hicran, 20 Yanvar şəhidi Tariyel Abdullayevin qadaşı qızı Tağıyeva Kişvər çıxış etdilər, sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti və Musiqi sənəti” fakültəsinin tələbərinin hazırladığı bədii hissə təqdim olundu.
Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak etdilər.