Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1333

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə

Sumqayıt Dövlət Dram Teatrında bundan sonra kiçik yaşlı tamaşaçılar üçün  hazırlanmış  tamaşaları məktəblilər özləri müzakirə edib qəbul edəcəklər. Teatr rəhbərliyi  alternativ Bədii Şura  yaradılması barədə qərar qəbul edib.

Belə ki, teatrda fəaliyyət göstərən Bədii Şuradan əlavə uşaqlar üçün hazırlanmış tamaşaları Sumqayıt şəhər 22, 28,31,34 saylı tam orta məktəblərinin, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin, Təfəkkür və İstedad Liseylərinin  əlaçı və ədəbiyyata, incəsənətə maraq göstərən şagirdlərdən  ibarət bədii şura üzvləri ictimai baxışda iştirak edərək, əsəri müzakirə edəcək,  aktyor oyunu, rejissor işi, tamaşanın musiqisi, tərtibatı və s. barədə fikirlərini bildirəcəklər.

“Nümunəvi və fəal uşaqlar arasından seçilmiş alternativ bədii şura hazırladığımız tamaşalar haqqında uşaqların fikirlərini, istək və arzularını öyrənmək bizim üçün çox önəmlidir. Biz eyni zamanda  bununla orta məktəb şagirdlərinin nitq mədəniyyətinin, məntiqi fikir yürütmək qabiliyyətini, habelə  onların gələcəkdə bu sahəyə  maraq dairələrinin formalaşmasına və inkişafına da məkan vermiş oluruq. Çünki uşaqlar böyüklərdən  fərqli  olaraq hər şeyi görüb başa düşdükləri kimi səciyyələndirirlər.

Düşünürəm ki, teatrımızda  bu layihə uğurla reallaşacaq və işimizin keyfiyyətinə-hazırladığımız tamaşaların daha da mükəmməl və təbii alınmasında bizə kömək olacaq.”- deyə teatrın direktoru, Bədii Şuranın sədri, Əməkdar incəsənət xadimi Mübariz Həmidov  bildirmişdir.

Teatrda tamaşalar nümayiş olunarkən tamaşaçıların rəyini, irad və təkliflərini öyrənmək üçün rəy kitabı da tərtib edilmişdir.

Hər bir tamaşaçı öz arzusu və istəyi ilə seyr etdiyi  tamaşa barədə ürək sözlərini, arzu və istəklərini, irad və təkliflərini sərbəst şəkildə ifadə edə bilər.

Sumqayıt Dövlət Dram Teatrı tərəfindən yaxın günlərdə daha bir neçə layihənin hazırlanması nəzərdə tutulmuşdur.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib