Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1957

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində görkəmli bəstəkar P.İ.Çaykovskinin yaradıcılığına həsr olunmuş konsert keçirilib. Tədbirdə məktəbin fortepino müəllimi Səbinə Həmidova bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Sonra şagirdlərdən Ülkər Hacıyevanın ifasında “Qədim fransız mahnısı”, Seyran Haşımzadənin ifasında “İspan rəqsi”, Dürdanə Mürsəliyevanın ifasında “Vals”, Elsevər Ağayevanın ifasında “Səs-küylü bale ortasında”, Fidan Balamiyevanın ifasında “Mazurka”, Ümid Heydərovun ifasında “Balaca qu quşlarının rəqsi”, Sevda Hüseynzadənin ifasında “At-at oyunu” və sairə əsərlər dinlənilib. Konsertin sonunda məktəbin direktoru Əziz Əzizov maraqlı çıxışlarına görə şagirdlərə təşəkkür edib, uğurlar arzulayıb. Bundan başqa, məktəbin bir neçə müəllim və şagirdləri Binəqədi rayonunda yerləşən “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı –Reinteqrasıya Mərkəzi”ndə olublar.  Nəzəriyyə müəllimi Vüsalə Həşimovanın təşkilatçılığı ilə baş tutan tədbirdə uşaqlara Yeni il hədiyyələri alınıb, məktəbin şagirdlərinin ifasında mahnılar, rəqs nömrələri səslənib.

Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin şagirdi Yusif Əmiraslanlı Azərbaycan Dövlət Filarmoniyasında keçirilən xalq artisti, görkəmli bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsində uğurla çıxış edib. Qeyd edək ki, Yusif Əmiraslanlı ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respuiblika müsabiqəsinin laureatıdır.

Bakı Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) adlı IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib. Festivalda Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin VII sinif şagirdi Cəmalə Əliyeva iştirak edərək uğurla çıxış edib. Bundan əlavə, Cəmalə Əliyeva Festival çərçivəsində Beynəlxalq müsabiqələr laureatı, Tbilisi dövlət konservatoriyasının professoru, Gürcüstanın əməkdar artisti Nino Kutatadzenin keçirdiyi master klassda  iştirak edib.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib