Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1660

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər S.Vuğun adına Mərkəzi kitabxananın əməkdaşlarının iştirakı ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda “Xalq üçün, vətən üçün yaşanmış ömür” adlı oxucu konfransı keçirilib.  

Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. Sonra ümummilli liderə həsr olunmuş videoçarx izlənilib. Tədbirdə “H.Əliyevin bioqrafiyası”, “H.Əliyevin daxili siyasəti”, “H.Əliyev və Azərbaycan gəncliyi”, “H.Əliyev və mədəniyyət”, “H.Əliyevin Sumqayıt səfərləri” mövzularında mühazirələr dinlənilib. Sonda kitabxanada təşkil olunmuş və ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” adlı sərgidən xülasə verilib.

S.Vuğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində “Xalqın güvənirdi əzəldən sənə” adlı tədbir keçirilib.Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub, “Heydər Əliyev və Sumqayit” mövzusunda məruzə dinlənilib, mahnılar və şeirlər səslənib. Sonda ən yaxşı şeir ifasına görə seçilən oxucular kitabxana tərəfindən fəxri fərmanla təltif olunub.

Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 24 saylı tam orta məktəbdə “Azərbaycanın özü qədər əbədi” adlı səyyar sərgi təşkil ediblər. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, foto albomlar, dövrü mətbuat materialları nümayiş olunub. Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Tədbirə ulu Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verilib, videoçarx izlənilib, oxucuların ifasında ədəbi-bədii kompozisiya nümayış olunub. Sonda ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi haqqında məlumat verilib. Sumqayıtda Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə 37 saylı tam orta məktəbdə “Müstəqilliyimizin banisi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib, mədəniyyət sahəsində gördüyü işlər haqqında məruzələr, məktəbin şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu nümayəndəliyinə tabe müəssisələrin mədəniyyət işçiləri rayonda yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tabe müəssisələrin işçilərinin dəyirmi masa ətrafında toplantısı keçirilib. Toplantıda çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib