Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1627

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında yubiley tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilən tədbiri giriş sözü ilə açan multimedia mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara C.Cabbarlının həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb,  “Mən bir solmaz duyğuyam ki...” başlıqlı sərgi haqqında xülasə verib. Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən qısa sənədli film və  “Almaz” pyesi əsasında hazırlanmış kompozisiya nümayiş olunub. Daha sonra ədibin qələmə aldığı şeirləri oxucular Jalə Həsənli (Olsun qoy), Fatma Həsənli (Mənim tanrım), Rəsul Vəliyev (Salam), Nihad Mustafayev (Ölkəm), Fidan Şahvələdova (Ana), Nərmin Hüseynova (Azərbaycan bayrağına), Nənəş İsmayılova (Mən bir susmaz duyğuyam ki...), Rəhman Kişiyev (Olmasın) həzin musiqi sədaları altında ifa ediblər.

Kitabxanada daha bir tədbir  azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilib. “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova İsrafil Məmmədovun şanlı həyat və döyüş yolu haqqında məlumat verib. Sonra oxuculardan Yusif Abbaszadə, Məhəmməd Məhərrəmli, Xədicə Xələfova, Arzu Ayadzadə, Dəniz Məmişova, Leyla Bayramovanın və digərlərinin ifasında Səməd Vurğunun, Mirmehdi Seyidzadənin və Osman Sarıvəllinin İsrafil Məmmədova həsr edilmiş şeirləri əsasında hazırlanmış bədii kompozisiya dinlənilib, qəhrəmanın şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş olunub. Sonda kitabxananın fondunda olan tarixi, sənədli və bədii ədəbiyyatları özündə əks etdirən “Odlu illərin səlnaməsi” adlı kitab sərgisi haqqında xülasə verilib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib