Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2236

Sumqayıtda 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıtda F.Əmirov adına uşaq musiqi məktəbinin Folklor klubu ilə birgə keçirdiyi bayram tədbirində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi quruculuğunda və inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən danışılıb, daha sonra F.Əmirov adına uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında muğam parçaları, gənc müğənnilər Rahim Baxşəliyev, Məlahət Eyvazova, Elvin Əlizadə və digərlərinin ifasında xalq və bəstəkar mahnıları dinlənilib, rəqs kollektivinin çıxışı izlənilib.

C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə mədəniyyət evinin “Çinar” instrumental ansamblının ifasında instrumental musiqilər, solistlər Pənah Məmmədov, Ravin Əliyev , Murad Hacıyevin ifasında mahnılar dinlənilib, “Turan” milli rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. Sonda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova, “Turan” milli rəqs qrupu və “Çinar” instrumental ansamblı hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub.

S.Vurğun adına Mərkəzi kitabxanada keçirilən tədbirdə Milli Qurtuluş günü ilə bağlı videoçarx izlənilib, xülasə verilib. Mərkəzi kitabxananın uşaq şöbəsinin 2 saylı kitabxana filialla birgə keçirdiyi “Xalqın xilaskar oğlu” adlı tədbirdə isə Sağlam Düşüncə Gənclər Təşkilatının nümayəndəsi Əfqan Səfərli, Qarabağ müharibəsi veteranı Tofiq Kərimov, kitabxananın oxucuları iştirak ediblər. Tədbirdə  2 saylı kitabxana filialın müdiri Ofelya Qafarova və qonaqlar çıxış edərək  Milli Qurtuluş günü və onun tarixi əhəmiyyəti haqqında məruzə ediblər. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucuları İsmayıl Hüseynov və Zəhra Bəşirlinin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər dinlənilib.

F.Əmirov adına uşaq musiqi məktəbində də bayram konserti keçirilib. Konsertdə skripka, tar sinfinin şagirdlərinin ifasında musiqi nömrələri dinlənilib.

Qubadlı rayon MKS Milli Qurtuluş gününü əks etdirən ədəbiyyatlardan ibarət kitab sərgisi keçirib.

Zəngilan və Xızı rayon mədəniyyət müəssisələrinin kollektivləri rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə keçirilən tədbirlərə qatılaraq musiqi nömrələri ilə çıxış ediblər.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib