Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2090

“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsi ilə əlaqədar görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin təşkilatçılığı ilə 14-17 mart 2019-cu il tarixlərində keçiriləcək “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsi ilə bağlı görüş təşkil olunub.

Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, festival-müsabiqənin təşkilat komitəsinin üzvləri, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının Prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikov arasında festival ilə əlaqədar hazırlıq işləri, gələcəkdə görülməsi nəzərdə tutulan işlər və birgə əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Müsabiqədə müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək. Bu il Azərbaycanla yanaşı müsabiqəyə İtaliya, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan  və digər ölkələrdən 180-ə yaxın iştirakçı qatılıb.

Görüşdə Bakı şəhər musiqi və incəsənət məktəblərində müsabiqənin münsiflər heyətində yer alan mütəxəssislər tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil olunması haqqında razılıq əldə edilib.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art Baku” Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb.

“Testene-Art” III Beynəlxalq  İncəsənət festival-müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti martın 17-də saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək, habelə seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib