Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2060

Türkiyənin səfiri və iş adamları Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, xanımı Meltem Özoral, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri, səfirliyin əməkdaşları Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Qonaqlara Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə başçısının sərəncamı ilə burada aparılan yenidənqurma işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə bağlı məlumat verilib.

Daha sonra qonaqlar teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) seyr ediblər. İzlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını söyləyən qonaqlar, belə yüksək səviyyədə hazırlanan tamaşaların təbliğ olunmasının, ümumiyyətlə, teatrı insanların həyat tərzinə çevirməyin vacibliyini vurğulayıblar.

Tamaşanın sonunda səfir Erkan Özoral və nümayəndə heyətinin üzvləri aktyorlarla görüşüb, ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildirib, gül-çiçək dəstələri hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, Novruz Qartal, Şövqi Hüseynov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Atəş Qarayev, Elməddin Dadaşov, Telli Hüseynova, Təranə Əliyeva, Fərid Rzayev, Əli Kərimov, Rüstəm Rüstəmov, azyaşlı aktyorlar Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli və başqaları ifa edirdilər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib