Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1642

Ümumdünya İrs Komitəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi

Sentyabrın 14-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi.

İclasda əvvəlcə Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında iştirakını əks etdirən və sessiyada nümayiş olunan Azərbaycanın tanıtım videoçarxı nümayiş olundu.

Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qarşıda duran vəzifələr haqqında komitə üzvlərinə məlumat verdi. Tədbirin əhəmiyyətini diqqətə çatdıran nazir bildirdi ki, Ümumdünya İrs Komitəsinin sessiyasında hər hansı bir ölkənin mədəni nümunəsi haqqında qərar çıxarılırsa, bu həmin abidənin bəşəriyyətin tarixinə öz adını yazdırması deməkdir: “Bu tarixə əbədi həkk olmaq deməkdir və bu baxımdan komitənin iclası mühüm hadisədir. Hesab edirik ki, UNESCO-nun ali toplantısının Azərbaycanda keçirilməsi də Azərbaycanın paytaxtı Bakının bəşəriyyətin bu tarixi hadisəsinə adının yazılmasıdır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi,  Birinci vitse-prezident Mehriban xanımın Əliyevanın UNESCO-da apardığı siyasətin məntiqi yekunu olaraq bu məsuliyyət Azərbaycana həvalə edilib. Odur ki, biz Azərbaycana 10 gün müddətində 3000-dən artıq qonaq, elm adamları,  akademik, tarixçi, ekspertlərin  gələcəyi tədbirə ciddi hazırlaşmalı və onu yüksək səviyyədə keçirmək üçün bütün qüvvəmizlə çalışmalıyıq”.

Əbülfəs Qarayev əlavə etdi ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusilə vurğuladı.

Qeyd etdi ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək.

Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Diqqətə çatdırıldı ki, bu gün bir sıra mədəni irs nümunəmiz UNESCO-nun müvafiq mədəni irs siyahılarında qorunur. İlk olaraq İçərişəhər və Azərbaycan muğamı bu siyahılara daxil edilmişdi. Hazırda nazirliyin nəzdində xüsusi bir komissiya çalışır və Şəki şəhərinin və onun tarixi hissəsinin siyahıya daxil olması ilə bağlı işləri hazırlayır. Bütün bunlar Azərbaycan Prezidentinin ölkəmizin imicini beynəlxalq aləmdə yüksək tutmasının və həyata keçirdiyi müstəqil siyasətin məntiqi nəticəsidir.

Daha sonra nazir UNESCO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Azərbaycanda təşkil ediləcək sessiyanın əsas iclasları Bakı Konqres Mərkəzində baş tutacaq və sessiyalar UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq. Sessiyada “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” xüsusi proqramlar da təşkil ediləcək.

Nazir vurğuladı ki, Təşkilat komitəsində təmsil olunan müvafiq qurum və idarələrin üzərinə böyük məsuliyyət düşür. Mədəni proqramlar, məkanlar, hotellər, səhiyyə, nəqliyyat və s. ilə bağlı işlər ən yüksək səviyyədə həyata keçirilməlidir.

Daha sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ əməkdaşlıq şöbəsinin müdiri, Aparat rəhbərinin müavini Vasif Eyvazzadə çıxış edərək UNESCO-nun Ümumdünya İrs Komitəsinin yaranması, tərkibi və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan bu komitəyə 1993-cü ildən üzv olub.

İclasın sonunda nazir Əbülfəs Qarayev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurulub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Nazir əmin olduğunu bildirdi ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da yüksək səviyyədə gerçəkləşəcək.

İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!