Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1710

UNESCO-da “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunun açılışı olub

Parisdə UNESCO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumunun açılışı olub.

Forumu Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı açaraq, Böyük Çölün tarixi və əhəmiyyəti haqqında məlumat verib.

UNSECO-nun baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Forum iştirakçılarını qurumun Baş direktoru adından salamlayıb və Foruma uğurlar diləyib. O, UNESCO yanındakı Azərbaycan daimi nümayəndəliyinə Forumun təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.

Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” kimi aktual mövzuya həsr edilmiş Forumun UNESCO-nun himayədarlığı ilə qurumun mənzil-qərargahında keçirilməsi türk etnosunun qədim tarixinin türkdilli xalqların bəşər sivilizasiyasında misilsiz rolunun təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanıb. Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsi məmnunluq doğurduğu, klassik Azərbaycan poeziyasında ictimai fəlsəfi fikir tariximizdə İmadəddin Nəsiminin müstəsna yeri nəzərə alınaraq 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb.

Məktubda ümumbəşər mədəniyyəti xəzinəsini öz yaradıcılığı ilə zənginləşdirmiş qüdrətli söz ustadı İmadəddin Nəsimiyə həsr olunan yubiley tədbirinin Forum çərçivəsində təşkili yüksək qiymətləndirilib.

“Ümidvaram ki, dövlət xadimlərinin, tarixçilərin və türkoloqların iştirakı ilə türk dünyasının ortaq mənəvi-mədəni dəyərlərinə dair fikir mübadiləsi və müzakirələrin aparılacağı bu Forum türkdilli ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir. Tarixi irsimizin araşdırılması sahəsində ardıcıl fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini təqdir edir, Forumun işinə uğurlar arzulayıram”,- deyə məktubda bildirilib.

Türkiyə və Qırğızıstanın Fransadakı səfirləri, Beynəlxalq türk Akademiyasının prezidenti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti çıxış edərək Forumun əsas məqsədləri haqqında məlumat veriblər. Bildirilib ki, Forum işini üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələrin elmi müzakirələri ilə davam etdirəcək.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunacaq.

Foruma Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılıb.

Ölkəmizdən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Macarıstandakı səfirimiz Vilayət Quliyev çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkanda ümumi fikirləri və mədəniyyəti yaradan dəyərlər, fəaliyyətlər, tendensiyalar və əlaqələndirici şəxsiyyətlər haqqında müzakirələrə qoşulacaq və fikirlərini bildirəcəklər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib