Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
446

Uşaq Kitabxanası tərəfindən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.

Əvvəlcə dövlətimizin suverenliyi uğurunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən kitabxananın direktor müavini Zahirə Dadaşova 20 Yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırıb. Qeyd edib ki, sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilməyib. Əksinə, Vətənin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək öz istiqlaliyyətinə qovuşub.

Z.Dadaşova tədbirin yüksək səviyyədə təşkil olunduğundan, şagirdlərin vətənpərvərlik ruhlu mahnıları məharətlə ifa etdiklərindən də məmnunluq duyduğunu bildirib. O, bu gün məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan işlərə görə tədbir təşkilatçılarına və müəllimlərə öz minnətdarlığını bildirib.

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar oxunub, şeirlər söylənilib.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər” adlı kitab sərgisi ilə tanış olub, şəhidlərin şəkilləri önünə qərənfillər düzüblər.

*     *     *

 F.Köçərli adına Respublika Uşaq  Kitabxanasının əməkdaşları Binəqədi rayonu 244 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şagirdlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsinə şeirlər söyləyiblər. Vətən uğrunda şəhid olanların məzarlarına qərənfillər düzüb, xatirələrini bir daha ehtiramla yad edərək “Əsgər Marşı”nı oxuyublar.  

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır