Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2880

Xaçmaz, Quba, Qusar və Şabrana növbəti səfər

Azərbaycan Milli İncəsənət Muzeyi Respublikanın aparıcı muzeylərindən biridir. Onun həyata keçirdiyi vəzifələr arasında regionlarımızda fəaliyyət göstərən muzeylərə elmi, metodiki yardım göstərilməsi kimi işlər də durur. Ötən illərin təcrübəsi göstərdi ki, Tarix diyarşünaslıq muzeylərinin elmi fəaliyyətində həmkarlarının verdikləri tövsiyə, yardım əməli fayda verir.

Muzeyin dekabr ayındakı növbəti səfəri Xaçmaz bölgəsinə oldu. Xaçmaz Regional İdarəsinin rəisi Nazim Ağayevlə görüşdən sonra Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini X.Əsədova Xaçmaz (Pakizə Mehdiyeva), Quba (Məryəm Hacıyeva), Qusar (Xatirə Hacıbəyova) və Şabranda (Bəsti Məmmədova) fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeylərindəki işlərlə tanış olmuş, kolleksiyaların mühafizəsi, eksponatların xranoloji ardıcıllıq, bədii estetik yöndən nümayişi, elmi inventarizasiya, aparılan ekskursiya, təbliğat, elmi tədqiqat, atribusiya və s. haqqında məlumatlandırılmış, muzey tərəfindən hansı yardımın göstərilməsi yolları müzakirə edilmişdir.     

Əksər muzeylər təmir edilmiş yeni binalarda, səliqəli, isidilmiş şəraitdədir. Ekspozisiyanın konsepsiyası bir qayda olaraq bölgənin coğrafi xəritəsi, təbiətlə bağlı guşəylə başlayıb, bölgənin tarixi və unikal arxeoloji materialları, sənətkarlıq, etnoqrafik və bədii əhəmiyyət kəsb edən nadir maddi, mədəni abidələrin nümayişi, tanınmış şəxsiyyətlər, milli qəhrəmanlar, şəhidlərimiz və son dövrlərdə Azərbaycanın yüksələn rifahı  haqqında məlumatların toplandığı bölmələr, vitrin, interyer və onları bəzəyən tarixi fotolar, sənədlərdən ibarət idi. Muzeylərdə qorunan bütün eksponatlar mövcud ərazinin münbitliyini səciyyələndirir, maddi və mənəvi irsimizi təbliğ edirdi. Əməkdaşların sualları dolğun cavablandırmaları onların peşəkarlığından xəbər verirdi. Bununla yanaşı bəzi muzey ekspozisiyalarında vitrinlərdə eksponatların dağınıq, gərək olmadığı halda əşyaların təkrar və ya həddindən çox sıx, yaxud dövr baxımından nizamsız düzülüşü, qismən etiketajların olmaması, bəzən adların yanlış  yazılması kimi hallar da mövcud idi. Rast gəlinənlərlə bağlı iradlar yerlərdə bildirilmiş, tövsiyələr muzey əməkdaşları tərəfindən qeydə alınmış, bəziləri yerindəcə çözüldüyü halda, elmi araşdırmanın təməlli davam etməsi sahəsində gərək olan işlərin həlli yolları müəyyənləşmişdir. Təbii ki, sadalanan muzeylərdə Azərbaycanın zəngin mədəniyyəti qorunur, elmin son nailiyyətlərindən bəhrələnərək onların davamlı tədqiqinə hər zaman ehtiyac vardır. Bu baxımdan əməkdaşlığın gələcəkdə də davam edilməsi nəzərdə tutulur.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib