Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunacaq
1622
09.01.2019
09.01.2019 09:09
Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Yanvarın 18-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər və 12-17 yaş arası aparılıb.