18.02.2020 04:44
Abdulla Şaiqin Mənzil Muzeyinin və Nəriman Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə fevralın 22-də Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək.
Tədbir Nəriman Nərimanovun Xatirə Muzeyində olacaq.
Tədbirdə Xətai rayonu UPD qəsəbəsinin 58 nömrəli tam orta məktəbinin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcək.
Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunacaq.
Tədbir çərçivəsində iştirakçılar Xocalı faciəsinə həsr edilmiş “Ana harayı” abidəsini ziyarət edəcəklər.