Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
467

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır

Fevralın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Faciənin 28-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə akademiyanın prorektoru Yeganə Axundova çıxış edərək Xocalıda törədilən dəhşətlərdən danışıb. Deyib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə, həm də əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xalqımız bu faciəni heç vaxt unutmayacaq.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Xocalı soyqırımının tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən və bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən danışıb.

Bildirilib ki, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı apardığı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir.

Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışan natiq deyib ki, artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul edib.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımın indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirən Tural Gəncəliyev söyləyib ki, Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir.

O vurğulayıb ki, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər elə həmin dövrdə “The Sunday Times”, “The Sunday Times” (İngiltərə), “Washington Post” (ABŞ), “İzvestiya” (Rusiya) qəzetlərində, “Krua l`Eveneman” (Paris) jurnalında, həmçinin Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında, eləcə də dünyanın bir çox nüfuzlu KİV-lərində öz əksini tapıb.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri gənclərə müraciət edərək söyləyib ki, bu faciənin tanıdılması üçün müasir vasitələrdən istifadə edilməli və hər bir azərbaycanlı bu işdə həmrəylik nümayiş etdirməlidir.

Tədbirdə Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev qeyd edib ki, aylarla mühasirədə saxlanılan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edilib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb, 197 nəfərin taleyi isə hələ də məlum deyil: “Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı”.

Tədbirdə Xocalı soyqırımı zamanı erməni əsriliyində 8 gün qalmış Dürdanə Ağayeva və faciənin canlı şahidi Samirə Hüseynova başlarına gətirilən müsibətlərdən danışıblar.

Sonra Bakı Musiqi Akademiyasının kafedra müdiri, Əməkdar incəsənət xadimi Aydın Əzimovun Xocalı soyqırımına həsr olunmuş Hüseyn Cavidin sözlərinə yazdığı “Əcəba” musiqili kompozisiyası nümayiş olunub.

Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi Bakı Musiqi Akademiyasının müəllim və tələbələri tərəfindən hazırlanmış musiqili proqramla da anılıb.

XƏBƏRLƏR

14.07.2020 12:21
Respublika Gənclər Kitabxanasının canlı yayımları davam edir
14.07.2020 12:17
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri yeni virtual layihələrdə iştiraka dəvət edir
13.07.2020 16:29
“Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib
13.07.2020 13:52
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13.07.2020 11:42
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb