Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2744

“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirilib

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevn 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirilib. Azərbaycan Dillər Universitetinin Akt zalında baş tuutan tədbir "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə layihəsi həyata keçirilib.

 Tədbirdə giriş sözü ilə hər kəsi salamlayan Mədəni Əlaqələrin İnkişafına Dəstək ib sədri İlahə Qismət ilk öncə təşkilatın fəaliyyəti haqqında, ardından isə layihə haqqında ətraflı məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan Dillər Universiteti, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və QHT Şurasının birgə təşkilati dəstəyilə keçirilən layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunub. Layihənin hazırlanmasında əməyi keçən qurumlara öz təşəkkürünü bildirib. Ardından Azərbaycan Dillər Uniiversitetinin məsul şəxsi Bədirə xanım Kərimova çıxış edərək Qara Qarayev yaradıcılığına qısa nəzər saldı.

Tədbir əsnasında öncə Q.Qarayevin həyat və yaradıcılığını həsr olunmuş video-çarx, ardınca musiqili konsert proqramı və müsabiqə əsasında yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Belə ki, səhnədə Q.Qarayev -"Eskiz", "Violin və f-no üçün sonata", Prelüd, A. Əzimov - "Violin və f-no üçün sonata-poema", A.Məlikov -"Prelüd", V.Adıgözəlov - "Laylay", İlahə Qismət - "Xatirələr" romans, Aysel Hacıyeva - "Mavi gözlüm" romans, Nigar Əliyeva "Soyqırım" kvintet, Vüqar Məmmədzadə "Kvartet" ifa olunub.

Qeyd edək ki, tədbirdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda layihə çərçivəsində dəhlizdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev -100 adlı sərgisi nümayiş olunub.

Sonda MƏİDİB Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakultəsinin dekan müavini Bədirə Kərimova tərəfindən  layihənin 15 fəal iştirakçılarının diplom və hədiyyələrlə mükafatlandırılma mərasimi baş tutub.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib