Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1173

YUNESKO Dünya İrs Könüllüləri Proqramı çərçivəsində layihə qəbulunu elan edir

YUNESKO Dünya İrs Könüllüləri Proqramı çərçivəsində 2019-cu ildə Fəaliyyət Düşərgələri keçirmək istəyən QHT-lər üçün layihə çağırışı elan edilmişdir. Layihələr ölkə üzrə toplanaraq YUNESKO-ya təqdim edilməlidir. YUNESKO öz növbəsində daxil olmuş layihələr arasında seçim edir və qalib layihəni sponsor dəstəyi tapmaq üçün öz şəbəkəsində təbliğ edir. Bununla yanaşı, qalib layihə müəlliflərinə YUNESKO-nun rəsmi dəstək məktubu da təqdim edilir ki, bu da layihənin fandreyzinqi (dəstək tapması) üçün əhəmiyyətlidir. Dəstək tapa bilməyən layihələr, müəyyən dövrə qədər təxirə salına bilər. Dünya İrsi Fəaliyyət düşərgəsi layihələri hər il YUNESKO tərəfindən seçilir və hər bir layihə yerli gənclər təşkilatları, QHT-lər və ya irs və təhsil müəssisələri tərəfindən təşkil edilir.

Dünya İrs Könüllüləri, dünya irsinin qorunmasının əhəmiyyəti sahəsində gənclərin maarifləndirilməsi təşəbbüsüdür və Dünya İrs Yerində keçirilən fəaliyyət düşərgələrində (Action Camps) işləməklə onlara konkret bacarıqlar öyrədilməsini nəzərdə tutur. Hər il dünyanın müxtəlif bölgələrində 50-yə yaxın fəaliyyət düşərgəsi keçirilir ki, burada abidələrə qayğı, biomüxtəliflik, davamlı inkişaf və s. kimi konkret mövzular əhatə olunur. Bu günə kimi Dünya İrsi Könüllüləri layihəsi çərçivəsində dünyanın 61 ölkəsində 122 yerli təşkilat və QHT ilə 359 fəaliyyət düşərgəsi təşkil edilmişdir. Bu düşərgələrdə 3500-dən artıq könüllü iştirak edib.

Gəncləri və gənclər təşkilatlarını dünya irsini qorumağa təşviq edən YUNESKO-nun Dünya İrs Könüllüləri (WHV) Təşəbbüsü 2008-ci ildə Dünya İrs Tədrisi Proqramı çərçivəsində, Beynəlxalq Könüllülər Xidmətinin Koordinasiya Komitəsi (CCIVS) ilə birlikdə yaradılmışdır. Sosial medianın böyük diqqətini cəlb edən layihə ictimaiyyəti dünya irsi mövzusunda maarifləndirməyə və gənclər arasında könüllülük fəaliyyəti üçün imkanları artırmağa xidmət edir.

Daha ətraflı məlumatı  https://whc.unesco.org/en/news/1905/  linkinə keçməklə və ya 493-02-33 nömrəsi ilə əlaqə saxlamaqla almaq olar.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!