Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3494

“Əziz Əliyev. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirildi

İyunun 20-də Azərbaycan Milli Kitabxanasında “Əziz Əliyev. Biblioqrafiya” kitabı və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan kitab görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirdi. Qeyd etdi ki, Əziz Əliyevin yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışan direktor təqdim edilən kitabın Əziz Əliyevin xatirəsinə hədiyyə olduğunu diqqətə çatdırdı.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış Əziz Əliyev haqqında qısa film nümayiş olundu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən,  respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında xüsusi xidmətlərindən söz açdı. Bildirdi ki, tariximiz və cəmiyyətimiz üçün töhfə verən insanların həyat və fəaliyyətləri dəyərli nəşrlərdə tarixə köçür. Bu gün görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ərəfəsində nazirlik bu biblioqrafik göstəricini nəşr etməklə xalqımıza xidmət etmiş övladına öz töhfəsini vermiş olur. Qeyd olundu ki, Əziz Əliyevin həyat və fəaliyyəti Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edir: “O, yüksək təşkilatçılıq bacarığını təkcə Azərbaycanda nümayiş etdirməmişdir. Qonşu ölkələrdə də ona etimad edilən hər bir işi uğurla yerinə yetirmişdir. Qərbi Azərbaycanda dünyaya gələn alim orada baş verən qanlı  hadisələrin də şahidi olmuşdur. Əziz Əliyev uşaqlıq illərindən həkim olmağı arzulayır və buna nail olur. Lakin o, insanlara yalnız sağlamlıq bəxş etməklə qalmır, həm də böyük səhiyyə təşkilatçısı kimi tarixdə iz qoyur”.

Əbülfəs Qarayev Əziz Əliyevin ailəsinin mədəniyyətə və sənətə yaxın olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu ənənə bu gün də davam edir: “Ailənin özülü savad və yaradıcılıq üzərində qurulub. Məşhur nəslin davamçıları daim ölkəmiz üçün daim çalışaraq onun rifahına xidmət edirlər. Dağıstanın da tarixində silinməz izlər qoyan Əziz Əliyevin xatirəsi orada da daim hörmət və ehtiramla yad olunur. Azərbaycan öz ləyaqətli övladlarını heç vaxt unutmur”.

Mərasimdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, publisist-politoloq Reyhan Mirzəzadə çıxış edərək görkəmli alimin nümunəvi həyat yolundan söz açdılar. Qeyd olundu ki, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur. Onun gördüyü işlər tarixi hadisə kimi dəyərləndirilməlidir. Görkəmli alimin II Dünya müharibəsi dövründə həyata keçirdiyi işlər mühüm hərbi-siyasi əhəmiyyətə malik idi.

Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov Əziz Əliyev haqqında tərtib olunmuş fundamental kitab haqqında məlumat verdi. Bildirdi ki, yeni nəşr 1933-cü ildən 2017-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunan kitabda görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair materiallar xronoloji prinsiplə əksini tapıb. “Əziz Əliyev. Biblioqrafiya” kitabı tədqiqatçılar üçün maraqlı mənbədir.

Sonda Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Əziz Əliyev” elektron məlumat bazasını tədbir iştirakçılarına  təqdim etdi. Təqdimat çərçivəsində qonaqlar görkəmli alimin zəngin həyat yolunu özündə əks etdirən “Əziz Əliyev -120” adlı kitab sərgisi ilə tanış oldular.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!